Britaniya gözəli tacını çıxarıb həkim xalatı geyinəcək – FOTO

0
115

2019-cu ildə Böyük Britaniya gözəli seçilən Başa Mukherje koronavirusla mübarizə üçün əsl ixtisası olan həkimliyə qayıdacaq.

Sondakika.com xəbər verir ki, Mukherje pandemiya dövründə ehtiyac olan istənilən qrupla işləyə biləcəyini deyib.

Koronavirus epidemiyası başlayanda xeyriyyə missiyası ilə Hindistanda olan Mukherje baş verənləri müşahidə edəndən sonra peşəsi ilə məşğul olmaq istədiyini bildirib.

Aprelin 6-da Böyük Britaniyaya qayıdan model iki həftə karantindən sonra həkim kimi çalışmağa başlayacaq.

istinad:oxu.az