Britaniya vətəndaşlarına xəbərdarlıq etdi: “İrana və İraqa getməyin!”

0
152

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab ölkə vətəndaşlarını İran və İraqa səfər etməməyə çağırıb.

Terefsiz.az xəbər verir ki, nazirin bu xəbərdarlığı iranlı general Qasım Süleymaninin öldürülməsi ilə bağlıdır.

“Biz bölgədəki artan gərginliyi nəzərə alaraq, vətəndaşlarımıza İraqın Kürdüstan regionu istisna olmaqla, İraqa getməməyi, mümkün qədər İrana səfərlərdən çəkinməyi tövsiyə edirik”, – deyə D.Raab bildirib.