“İran rejimi məsuliyyətə cəlb olunanadək dayanmayacağıq”.
“Terefsiz.az” xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tviterdə yazıb.
Onun sözlərinə görə, İranda Məhsa Əmininin ölümündən sonra 47 nəfərə sanksiya tətbiq edilib: “Biz həmçinin İranı BMT-nin Qadın Statusu Komissiyasından uzaqlaşdırdıq və SEPAH-a sanksiya tətbiq etdik”.