“Hazırda Rusiya təhlükə yaradır, lakin uzunmüddətli perspektivdə ən böyük risk Çindən gəlir”.
“Terefsiz.az” “Report”a istinadən xəbər verir ki, bunu Britaniya Hərbi Dəniz Qüvvələrinin rəhbəri Ben Key “Sky News”a açıqlamasında deyib.
“Dəniz analogiyasından istifadə edərək, biz durbin vasitəsilə bütün üfüqü öyrənməyə borcluyuq. Yalnız Rusiyaya diqqət yetirməyin riski ondan ibarətdir ki, Çinin uzunmüddətli strateji təhlükəsini gözdən itirə bilərsiniz”, – Admiral bildirib.
Eyni zamanda, Key hesab edir ki, Böyük Britaniya Rusiyadan gələn cari təhlükəyə cavab verməlidir, lakin o nəyi nəzərdə tutduğunu izah etməyib.