Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq, namizədlərin irəli sürülməsi bir gündə, iyulun 12-də başlayıb, başa çatacaq.
“Terefsiz.az” xəbər verir ki, bunu növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bildirib.
“Nəticə sentyabrın 5-də açıqlanmalıdır, bu, parlament yay tətilindən qayıdanda baş verəcək”-deyə, o bildirib.
Namizədlərin rəsmi irəli sürülməsi iyulun 12-də baş tutacaq və elə ertəsi gün partiyanın liderliyinə namizədlər üzrə səsvermənin birinci turu təyin edilib. İkinci tur, ehtimal ki, iyulun 14-də baş tutacaq. Namizədlərin yoxlanılması iyulun 21-dək başa çatmalıdır.
Bundan sonra siyahılarda yalnız iki nəfərin adı qalmalıdır ki, onların taleyini artıq İcmalar Palatasının deputatları deyil, Mühafizəkarlar Partiyasının sıravi üzvləri müəyyən edəcək.
terefsiz.az