Bu 7 əlamət xərçəngin başladığını göstərə bilər – Onkoloqlar qrupu

0
663

Beynəxalq onkoloqlar qrupu bir neçə tibbi tədqiqatın nəticəsi olaraq xərçəng xəstələrində ilk olaraq hiss edilən əlamətlərin siyahısını hazırlayıb.

Terefsiz.az xəbər verir ki, həkimlər bu əlamətlərdən bir neçə ay əziyyət çəkən insanların dərhal çek-ap olunub yoxlanmasını və müalicədə gecikməməyi tövsiyə edir.

Həmin əlamətlər bunlardır: çəkinin qəfil və çox düşməsi, iştahın kəsilməsi, keçmək bilməyən baş ağrıları, daim yuxululuq, yorğunluq, bədən hərarətinin tez-tez dəyişməsi, xüsusən 37,3 dərəcədə qalması, başgicəllənmə tutmaları. Eləcə də mədə-bağırsaq sistemində baş verən istənilən ciddi dəyişiklik, qanama şübhə yaratmalıdır.

Qeyd edək ki, bu əlamətlər digər nevroloji və daxili xəstəliklərdə də olur. Ona görə dərhal xərçəng barədə düşünmək olmaz. Lakin keçər deyib gözləmək və müayinə olunmamaq sizi istənilən xəstəliyin vaxtında və asan müalicəsindən uzaq sala bilər.