Bu azərbaycanlılar beş il Rusiyaya gedə bilməyəcək

0
146

Rusiyanın Samara vilayətindən azərbaycanlı miqrantlar deportasiya olunub.

Terefsiz.az Citytraffic.ru-nun xəbərinə istinadən bildirir ki, bir həftə ərzində ərazidən çıxarılanlar arasında azərbaycanlılarla yanaşı, Özbəkistan, Qırğızıstan və Moldova vətəndaşları da olub.

Məlumata görə, cari il ərzində bölgədə qanunsuz yaşayan 708 əcnəbinin 338 nəfəri öz hesabına ölkələrinə qayıdıblar.

Miqrant qanunvericiliyini pozan bu şəxslər beş ildən tez Rusiyaya qayıda bilməzlər.

istinad:oxu.az