1997-ci ildən ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə hər il 2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Həmin vaxtdan etibarən Müstəqil Dövlətlər Birliyi məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda Gənclər Gününün təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Yalnız bundan sonra Beynəlxalq Gənclər Gününün Birləşmiş Millətlər Təşkilatının 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust tarixində qeyd olunması qərara alınmışdır.
1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılmışdır. 1996-cı il 2 fevral tarixində Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilmişdir.