Ötən gecə ilin ikinci Ay tutulması gerçəkləşib.
Terefsiz.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proses saat 01:31-də maksimum həddə olub.
Təbiət hadisəsi saat 02:59-da başa çatıb.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb. Bu təbiət hadisəsini Türkiyə, Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada görmək mümkün olub.
Qeyd edək ki, 2019-cu ilin ilk Ay tutulması yanvarın 21-də baş verib.