Bu gün gənc şair,“Terefsiz.az” saytının rəhbəri,psixopedaqoq Bənövşə Mahmudqızının doğum günüdür.
Bənövşə Mahmud qızı Bayramova 1994-cü ilin 16 Noyabr tarixində,Bakı şəhərində dünyaya göz açmışdır.Kökü Qaraqoyunlular nəslinə dayanan Bənövşə Mahmudqızı əslən qərbi azərbaycanlıdır.
Uşaq yaşlarından dərinliyi və həssaslığı ilə digər uşaqlardan fərqlənən Bənövşə yaxşı və pisi ayırd etməyi bacarırdı.Bənövşə Mahmudqızı ilk şeirini 4 yaşında qoşmuşdur. Şeir isə çox sevdiyi nənəsinə aid idi. 2 – ci sinifə qədər şeirlərini qələmə almamışdır. Şifahi qoşmuşdur və unutmuşdur. 2 – ci sinifdən yazdıqlarını qələmə almışdır. Lakin çox şeir dəftərlərini itirmişdir. İlk sevgi qığılcımları olan şeiri isə 10 – 11 yaşlarında yazmış, utandığından şeir yazdığı vərəqləri cırıb atmışdır.
Mirzə Xosrov Axundzadə adına 102 nömrəli məktəbdə orta təhsilini almış, 2012-ci ildə ADPU- nin Filologiya və təhsildə psixoloji xidmət fakültəsinə daxil olmuş, 2016-cı ildə həmin universiteti bitirmişdir. Bədii yaradıcılığa uşaq yaşlarından başlamışdır. Əsərləri müxtəlif KİV vasitələrində çıxmış, 17 yaşında ikən ilk “Bənövşə sevgisi” adlı kitabı nəşr olunmuşdur.
Əsərləri ( şeirlər, hekayələr, esseler ) müxtəlif KİV – də ( kultur.az, sim-sim.az, manera.az, ” Nəbz “, “Təhsil Problemləri”, “Oxu məni”, “Ədəbiyyat”, “Palitra”,”Dergizan” və.s ) çap olunmuşdur.Müxtəlif ədəbi tədbirlərdə iştirak etməklə yanaşı, 13.11.2016 tarixində ilk şəxsi və böyük ” Bənövşəyi Hislər ” adlı şeir gecəsi və 15.01.2017 tarixində isə gənc gitarist Eren Mumcu ilə birliktə çıxış etdiyi “Birinci addım” və “Sen kırmızı” şeir və musiqi konsertlərini, həmçinin, ” Şeir yazan qadın ” adlı şeir konsertini həyata keçirmişdir.
Bənövşə xanım bir çox internet və televiziya verlişlərinin (“Sabaha saxlamayaq”,”El bizim sirr bizim” və.s) də qonağı olmuşdur.Bənövşə Mahmudqızı hal hazırda bir çox yeni şeirlərlə yaradıcılığına davam edir və həmçinin qeyd edək ki,o ehtiyyacı olan şəxslərə yardım əlini uzadaraq pulsuz psixoloji dəstək göstərir.
Bənövşə xanım bir çox psixoloji seminarlarda təlimlərdə iştirak etmiş və sertifikatlar əldə etmişdir.Eyni zamanda bir müddət sonra özü də təlim və seminarlar keçirmişdir
Sabaha saxlamayaq verlişi:
Bənövşəyi hisslər şeir gecəsi:
Birinci addım konserti:
Şeir yazan qadın konserti:
Sen kırmızı konserti:
Bənövşə Mahmudqızının bəzi şeirləri:
“Doğum günüm mübarək”
Bu noyabr küsmüşəm.
Əslində daha çox şey
Dərk etmişəm…
Anladım ki, təkəm mən.
Anladım ki, yalnızam.
Öz ailəmin, tanışların içində
Çoxdandır ki yalqızam.
Kimsəsiz deyərəm,
Amma deyə bilmirəm.
Çünki yeganə dostum,
Sığındığım tək liman
Allahımdır, Allahım!
Allahım mərhəmətim,
Sevgimdir, hörmətimdir.
Bu qəddar insanlara
Olan ədalətimdir.
İnsanları sevsəm də,
Soyumuşam hamıdan.
Necə soyumayım ki?
Uman yerdən küsərlər…
Əslində tək umduğum
Sevgi, diqqət, qayğıdır.
Mənə verilən isə
Sadəcə ağrılardır.
Ağırdır…
Sevdiyin insanlardan
Uzaqlaşmaq çabası,
Bacarmır bu Bənövşə,
Kinlə yoxdur arası…
Doğum günün mübarək,
Bənövşə Mahmudqızı.
Gün gələr, Allahı da
salarsan özün razı,
Bir gün də
” Ölüm günün mübarək ”
– deyər özü…
“Yorğunam, müəllim…”
Salam, xəstəliyim…
Mən səninlə nə eyləyim?
Boşa qoyuram, dolmur,
Doluya qoyuram, almır.
Və məni kimsə anlamır…
Mən xəstəyəm;
Xərçəng, talassemiya,
Epilepsiya vəs.
Dünyada nə qədər xəstəlik var?
Hamısından bir azam.
Hamısından bir-bir yazam?
Yox, ömrüm yetməz.
Xəstəliklərdən ölənlər kimi.
Qorxum ölmək deyil,
Qorxum möhtaclıq,
Anlayışa aclıq…
Söyləyirəm açıq-saçıq;
Mənə dəyməyin.
Yorğunam,
Qırıq-qırıq,
bəlkə parça-parça…
Ancaq sizi güldürəcək,
Sevəcək qədər gücüm var.
Sizin üçün gülürəm,
Sevdiyiniz gülüşlərim,
Xoşbəxt gördüyünüz gözlərim
Sizin üçündür, əzizlərim!
Bu şeir bütün xəstəliklərin,
Bütün xəstələrin dilidir.
Xəstə olmayan anlamaz, bəllidir.
Canınız sağ olsun,
Başınız sağ olsun.
Xəstələri qırmayın,
Xəstələri yormayın.
Xəstəliyi dərs ona,
Siz də tərs olmayın.
Qınamayın…
Necə xəstə olub, niyə olub…
Həyatda hər şey olur…
İnsan bəzən yorulur…
Seçir xəstə olmağı,
Bəzən qəsdlə,
Bəzən fəxrlə xəstə olur.
Dili uzun olsun,
Məni siz xəstə etdiniz desin deyə;
Günah keçisi tapılsın deyə…
Amma bəzən körpələr,
Uşaqlar, yeniyetmələr,
Gənclər xəstələnir…
Xəstəliklər müəllimdir.
Müəllimlər bilir…
Kimə yoluxmaq lazım.
Kimə dərs vermək lazım.
Yorğunam, müəllim,
Bəlkə daha dərsə gəlməyim?!
“Terefsiz.az” saytı olaraq Bənövşə xanımın doğum gününü təbrik edir,həyat və yaradıcılığında bol müvəfəqiyyətlər arzu edirik.