Bu gün Yer planetinin yaxınlığından Misirdə yerləşən Xeops, digər adı ilə Böyük Giza Piramidası boyda meteorit keçəcək.
Terefsiz.az xəbər verir ki, “2019 OD” adı verilən meteorit Yer planetinə 353 600 kilometrə qədər yaxınlaşacaq. Daha sonra kosmik boşluqda səyahətinə davam edəcək.
Astronomlar bu məsafənin olduqca yaxın olduğunu bildirir. Buna görə də “2019 OD” Apollo sinifi NEO (Near Earth Object/Dünyaya Yaxın Cisim) sinfinə daxil edilib.
Bəs planetimiz ehtimal olunan bir meteorit toqquşmasına hazırdırmı?
Hollivud filmlərinin ən məşhur mövzularından biri olan bu ssenariyə cavab NASA-dan gəlib. Qurumun açıqlamasına görə, bu ssenari gerçəkləşərsə, planetimizin gələcəyi heç də parlaq olmayacaq.
NASA mütəxəssisi Xosef Nort “American Geophysical Union” (Amerika Geofizika Birliyi) toplantısındakı çıxışında bildirib ki, sürpriz meteorit toqquşmasına müdaxilə ediləcək müddət olmaya bilər. Ən böyük problem isə bu vəziyyətdə insanların necə davranmasının məchulluğudur. Mütəxəssis qeyd edib ki, meteoritlərin Yer planeti ilə toqquşmaması üçün kosmosa meteoritləri analiz edən kosmik gəmi göndərmək lazımdır. Həmin kosmik gəmi meteoritin qarşısını almaq imkanına da sahib olacaq.
İstinad: Publika.az
Terefsiz.az