Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə bu gündən ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
“Terefsiz.az”ın xəbərinə görə, bu, daha əvvəl Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.
Müavinət 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək veriləcək.