Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də təşkil etdiyi brifinqdə verilən yeni qərarlar:
31 maydan başlayaraq Azərbaycanda açıq məkanlarda maskanın taxılması tələbi ləğv olunur.
31 maydan Bakı Metropoliteninin fəaliyyəti bərpa olunur. Metronun fəaliyyətində müvafiq qaydalara uyğun olaraq, maska, məsafə və dezinfeksiya tədbirlərinə əməl edilməsi tələb olunacaq.
31 maydan regionlararası ictimai nəqliyyatın fəaliyyəti bərpa ediləcək.
10 iyundan müvafiq məhdudiyyətlər – maska, məsafə və say həddi nəzərə alınmaqla ibadət yerləri açılacaq.
10 iyundan Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq.
10 iyundan çimərliklərin fəaliyyətinə icazə veriləcək. Ötən il çimərliklərdə tətbiq olunan qaydalar bu il də qüvvədə qalacaq.
10 iyundan idman və sağlamlıq-bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.