Yanvar-may aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 15 min 585 olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 70-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 14 min 170-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 1274-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 71-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.
İstinad: Publika.az
Terefsiz.az