Bu il Azərbaycandan 327 gənc xaricdə təhsil alacaq

0
75

Bu il Azərbaycandan 327 gənc xaricdə təhsil alacaq.

“Terefsiz.az” xəbər verir ki, bu barədə  Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na ilk qəbul üzrə növbəti nəticələr müəyyən olunub. Belə ki, 98 nəfər namizəd magistraura səviyyəsi üzrə müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq Dövlət Proqramına qəbul olub və proqram iştirakçısı adını qazanıb.

Təqaüd qazanan gənclər iqtisadiyyat, maliyyə, mühəndislik, təhsil, dövlət idarəetməsi kimi ixtisas istiqamətləri üzrə dünyanın Türkiyə Respublikası, Almaniya Federativ Respublikası, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı,  İspaniya Krallığı, Kanada, Belçika Krallığı, İsveçrə Konfederasiyası, İsveç Krallığı kimi ölkələrdə təhsil alacaqlar. Proqram iştirakçıları “Istanbul University”, “University of Bonn”, “University of Freiburg”, “George Washington University(DC)”, “University of California, Davis”, “Imperial College London”, “King’s College London”, “University of Manchester”, “University of Glasgow”, ”University of Sussex”, “University of Warwick”, “Queen Mary University of London”, “University of Exeter”, “Autonomous University of Barcelona”, “Sapienza University of Rome”, “University of Tartu”, “University of Alberta”, “University of Toronto”, “Ghent University”, “Vrije Universiteit Brussel”, “École Polytechnique Fédérale de Lausanne”, “University of Basel”, “Uppsala University” kimi nüfuzlu təhsil müəssisələrində təhsillərini davam etdirəcəklər.

Dövlət Proqramına dünyanın 30 ölkəsinə aid 15 prioritet ixtisas sahələri üzrə 673 nəfər Azərbaycan Respublikası vətəndaşı müraciət edib, nəticədə 80 nəfər bakalavriat, 247 nəfər magistratura səviyyəsi üzrə olmaqla ümumilikdə 327 nəfər proqram təqaüdçüsü seçilib. Kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq avqustun 10-da açıq elan edilən sənəd qəbulu avqustun 25-də yekunlaşıb. Müvafiq qəbul üzrə müsahibə mərhələsinə növbəti həftədən başlanılacaq.

terefsiz.az