Bu il Azərbaycan ən çox nə ixrac edib? – FOTO

0
286

Terefsiz.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn məlumat verib.

Onun sözlərinə görə, bu ilin yanvar-mart aylarında Azərbaycanın ixracı 4,5 milyard ABŞ dolları təşkil edib: “Bu, ötən illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 34 faiz artım deməkdir. Bu ilin birinci rübündə təkcə Rusiyaya 115 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib”.

R.Hüseyn qeyd edib ki, bu ilin birinci rübündə ən çox ixrac edilən elektrik enerjisi olub. İkici yerdə isə fındıq ixracı gəlir ki, bu məhsul ən çox mart ayında ixrac olunub. Üçüncü ixrac məhsulu pambıq lifidir.

Mərkəz rəsmisi meyvə-tərəvəz ixracının 103 milyon ABŞ dolları təşkil etdiyini əlavə edib.

İstinad: Trend.az

Terefsiz.az