Bu ilin 10 ayında Azərbaycan iqtisadiyyatına 11 milyard manatdan çox investisiya qoyulub.

0
182

Bu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11407,4 milyon manat vəsait yönəldilib, sərf edilmiş vəsaitin 66,8%-i bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.

Terefsiz.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər veir ki, ümumi sərmayənin 65,5 %-i məhsul istehsalı sahələrinə, 25,0%-i xidmət sahələrinə, 9,5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 71,1%-i təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 56,4%, büdcə vəsaitləri 27,2%, bank kreditləri 7,8%, əhalinin şəxsi vəsaitləri 6,8%, büdcədənkənar fondların vəsaitləri 1,5% , sair vəsaitlər isə 0,3% təşkil edib.

Məlumata görə, 2019-cu ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binası, Pirallahı Rayon Gənclər Mərkəzi, Mərdəkan-Qala avtomobil yolu, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Ağdaş rayonunda Biyan Sənaye Parkı, Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi, Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı, Nehrəxəlil-Kotanarx-Cardam-Tofiqi-Şəmsabad və Qəsil-Şordəhnə-Qarağan Şıxlar-Kükəl-Ərəb-İkinci Aral avtomobil yolları istifadəyə verilib.

Beyləqan rayonunda Olimpiya İdman Kompleksi, Tarix-Diyarşünaslıq Muzeyi, Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli və Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə-Beyləqan avtomobil yolları, Qəbələ və Qobustan rayonlarında “Azərxalça” ASC-nin filialları, Qobustan-Poladlı avtomobil yolu, həmçinin Bakı şəhərində 960 şagird yerlik ümümi təhsil müəssisəsi, 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1674 şagird yerlik 4 ümumi təhsil müəssisəsi, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 65 nəfər olan 4 ambulatoriya-poliklinika müəssisəsi, Şəki şəhərində 624, İsmayıllı rayonunda 400, Lerik, Cəlilabad və Quba rayonlarının isə hər birində 180 şagird yerlik olmaqla 3 ümümi təhsil müəssisəsi, Goranboy, Qobustan və Şəmkir rayonlarında 440 çarpayılıq 3 xəstəxana, Oğuz rayonunda 100 yerlik məktəbəqədər təhsil müəssisəsi və s. mühüm əhəmiyyətli obyektlər istifadəyə verilib.

İstinad: report.az

Terefsiz.az