” Bu kəndiri kim atıb bura ?! ”
Kasıbçılığın daşını atmaq istədim
Dedim,
Böyrəyimi satım .
Dedilər, böyrəyində daş var ,
Görəsən ürəyimi alan olmaz?!
Gözlərimi satmaq istəmirəm e ,
Öləndə Allahı görə bilmərəm axı!
Belə də çox çətindir,
Bu cür də yaşaya bilmirəm axı !
Bəlkə mənə bir az borca pul verəsən,
Allah haqqı işləyib qaytaracam !
Qızıma velosiped ,
Oğluma yaxasında üç düyməsi olan köynək alacam.
Birdə iki dənə çörək !
Bu da sonuncu siqaret ,
eybi yox bir təhər tərgidəcəm !
Bu kəndiri kim atıb bura ?
Yox !
Yox Allah haqqı intihar etməyəcəm !
Müəllif: Vüsal Qasımov
Terefsiz.az