Bu məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər! DİQQƏT! ( Ətraflı məlumat üçün linkə daxil olun )

0
123

TEREFSİZ.AZ saytı xəbər verir ki, “Facebook” sosial şəbəkəsinin 533 milyondan çox istifadəçisinin şəxsi məlumatları haker forumunda yerləşdirilib.

 

Bu barədə “Business Insider” nəşri bildirib.

 

Qeyd olunub ki, forumda ABŞ-dan 32 milyon, Böyük Britaniyadan 11 milyon və Hindistandan 6 milyon daxil olmaqla ümumilikdə 106 ölkədən olan istifadəçilərin tam adları, yeri, doğum tarixi, tərcümeyi-halları, mobil nömrələri və bəzi hallarda e-poçt ünvanları forumda yayılıb.

 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu cür məlumatlar kiber cinayətkarlar üçün dəyərli ola bilər.

 

 

TEREFSİZ.AZ