Bu ölkədə yüzlərlə tibb işçisi koronavirusa yoluxub

0
136

Ukraynada 334 tibb işçisi koronavirusa yoluxub.

“Pravda” xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə naziri Maksim Stepanov “Podrobnosti nedeli” televiziya verilişində məlumat verib.

Nazir bildirib ki, Ukraynada 2 203 koronavirusa yoluxmuş xəstənin 334-ü səhiyyə işçisidir. Onların şəxsi mühafizəsi üçün bütün zəruri tibbi avadanlıqlar alınır.

M.Stepanov qeyd edib ki, həkimlərin koronavirusa yoluxması bütün dünyada müşahidə olunan haldır:

“Təkcə İtaliyada 9 000 tibb işçisi koronavirusa yoluxub. Bu, virusa yoluxanların 12 faizi deməkdir”.