Bu ölkədə evlərdə kranlardan su yerinə spirtli içki axdı

0
5948

Hindistanın Kerala ştatında yerləşən çoxmənzilli binaların birində su kranlarından spirtli içkilər axmağa başlayıb.

“BBC” xəbər verir ki, bina sakinləri baş verənlərdə yerli hakimiyyət orqanlarını günahlandırır.

Onlar içməli su istifadə edə və yuyuna bilməmələrindən şikayətləniblər.

“Biz işə gedə bilmirik, uşaqlarımız isə məktəbə. Su içə bilmirik. Yuyunanda isə üstümüzdən pivə, brendi və rom qarışığının qoxusu gəlir”, – deyə qəzəblənmiş sakinlər bildiriblər.

Məlum olub ki, binanın yaxınlığında yerin altına altı min ton müsadirə edilmiş spirtli içki basdırılıb.

Spirtli içkinin su borularına sızması isə bina sakinlərinə belə bir problem yaradıb.

istinad:oxu.az