Bu özəl xəstəxanalarda icbari tibbi sığorta pulsuz olacaq

0
175

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin beş özəl xəstəxana ilə müqaviləsi var.

Terefsiz.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov deyib.

Onun sözlərinə görə, bura Mərkəzi Klinik Xəstəxana, Respublika Diaqnostika Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası və Mərkəzi Klinikanın Gəncə filialı daxildir:

“Agentliyin göndərişi ilə xəstələr özəl xəstəxanalarda icbari tibbi sığorta üzrə xidmətlərdən pulsuz istifadə edə biləcəklər. Təbii ki, hər xəstəyə göndəriş verilməyəcək.

Əgər xidmətlər zərfində nəzərdə tutulan, amma dövlət xəstəxanalarında həyata keçirilə bilməyən xidmət olarsa, o zaman xəstə müqaviləmiz olan özəl xəstəxanalardan birinə göndərilir.

Bu zaman vətəndaş özəl klinikada heç bir ödəniş etmədən xidmətdən yararlanır. Qeyd edim ki, pilot layihə çərçivəsində 37 anadangəlmə ürək qüsurlu uşaq müxtəlif özəl və dövlət xəstəxanalarında heç bir ödəniş edilmədən əməliyyat olunub”.