Bakı metropoliteninin “Cəfər Cabbarlı” stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
Terefsiz.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, hazırda stansiyada işlər davam etdirilir:
“Artıq stansiyasında memarlıq işlərinə başlanılıb. Platformanın mərmər-qranit örtükləri yenisi ilə əvəz olunur. Stansiya yolunun quraşdırılması işləri də artıq başlayıb. Köhnə yol demək olar ki sökülüb. İşlər yekunlaşdıqdan sonra stansiya yay aylarında istifadəyə veriləcək”.
Könül Cəfərli
istinad:oxu.az