Britaniyanın baş naziri Tereza Mey jurnalistlərə istefaya getdikdən sonra nə ilə məşğul olacağı barədə danışıb.
Sky News-un verdiyi məlumata istinadən Terefsiz.az saytı xəbər verir ki, xanım siyasətçi bu vaxta qədər yemək bişirməyə vaxt tapmadığı üçün kulinariya ilə məşğul olacağını söyləyib. O həmçinin marağını çəkən digər məşğuliyyətlərdən bəhs edib:
“ Mən istefamdan sonra parlamentari kimi siyasətdə qalacam. Amma indi daha çox vaxtım olacaq, ailəmə, gəzintiyə və kriket oyununa zaman ayıracam. Kriket izləməyi sevirəm ”.
Qeyd edək ki, Mey iyunun 7-də istefa verdiyini bəyan edib. O postunu iyulun 20-dən sonra tərk edəcək.
Terefsiz.az