“Bu virus uzun müddət bizimlə olacaq” – ÜST-nin Azərbaycan təmsilçisi

0
199

“Hazırda dünya koronavirusun birinci mərhələsindədir”.

Terefsiz.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı qeyd edib.

Hande Harmancı bildirib ki, məhdudiyyətlərin aradan qaldırılması virusa yoluxma hallarını sürətləndirə bilər:

“Bu virus uzun müddət bizimlə olacaq. hazırda dünya ölkələrində peyvəndin hazırlanması üçün araşdırmalar aparılır. Peyvənd hazırlanandan sonra onun hər kəs üçün əlçatan olması üçün şərait yaradılacaq. Peyvənd tapılana qədər isə məsuliyyətli olmaq və qaydalara əməl etmək vacibdir”.