Bugün Ukraynanın işğal olunmuş ərazilərində “referendum” başlayıb

0
73

Ukraynanın işğal olunmuş ərazilərində “referendum”a start verilib.

“Terefsiz.az” TASS-a istinadən xəbər verir ki, Xerson, Zaporojye vilayətlərində və Donbassda cümə günü saat 08:00-da Rusiya Federasiyasına subyekt kimi daxil olmaq üzrə “referendum”da səsvermə başlayıb.

Bildirilir ki, bu, sentyabrın 27-si daxil olmaqla, təhlükəsizlik maraqları baxımından ilk dörd gündə bu rayonlarda seçki məntəqələrində deyil, ona yaxın ərazilərdə və sakinlərə müraciət etməklə səsvermə keçiriləcək.

Qondarma “Luqansk Xalq Respublikası”nda, Zaporojye və Xerson vilayəti ərazisindəki seçki məntəqələrində səsvermə sentyabrın 27-də saat 08:00-dan 16:00-dək keçiriləcək. Daha sonra səslərin hesablanmasına başlanılacaq. Qondarma “Donetsk Xalq Respublikası”nda isə sentyabrın 27-də saat 08:00-dan 20:00-dək seçki məntəqələrində səs vermək mümkün olacaq.

Sentyabrın 23-də Rusiyanın bir sıra şəhərlərində qaçqınlar üçün təşkil edilmiş seçki məntəqələri açılıb.

terefsiz.az