Bu mövsüm Almaniya bundesliqası gərgin mübarizə şəraitində davam edir.
Terefsiz.az xəbər verir ki, 8 turdan sonra 1-ci yerlə 9-cu pillədəki komanda arasında cəmi 2 xal fərq var.
Daha dəqiqi 2 komanda – “Borussiya” (Münhenqladbax) və “Volfsburq” 16, 3 komanda – “Bavariya”, “Borussiya” və “Leypstsiq” 15, 4 komanda – “Frayburq”, “Şalke”, “Ayntraxt” və “Bayer” isə 14 xal toplayıb.
Növbəti tur turnir cədvəlindəki ən yaxın “qonşular”ın bir-biriləri arasındakı matçları ilə diqqət çəkəcək. “Borussiya” (Dortmund) “Şalke”ni, “Borussiya (Münhenqladbax) “Ayntraxt”ı, “Leypstiq” isə “Frayburq”u qəbul edəcək.