Bütün dünya üzrə bitcoinlərin artıq 85%’i yığılır

0
210

Terefsiz.az saytı xəbər verir ki,  bu ay bütün dünya üzrə yığılmış bitcoinlərin sayı 17.850.000-ə çatdı. Bu isə bitcoinin ümumi sayının 85%-dir.
Qeyd etmək lazımdır ki, ümumilikdə, cəmi 21 milyon bitcoin yığmaq mümkündür.

Bu barədə Coinmarketcap saytına istinadən Digger.ru saytı xəbər verib.

Hal – hazırda blockchain blokuna əlavə olunan hər bir blok sayəsində maynerlər 12.5 bitcoin əldə edirlər.

    Gələn il bu göstərici iki dəfə azalacaq. Belə ki, bitcoinin yaradıcılarının bu kriptovalyutanın əsasına yerləşdirdikləri riyazi prinsip məhz bu cür çalışır. Hər gün maynerlər bütün dünya üzrə 1800 bitcoin əldə edirlər.

Bu templə bitcoin ehtiyatı tam olaraq, 2140-cı ildə bitəcək. Bu həmçinin bitcoinin qiymətinə də təsir göstərəcək. Bitcoinlərin sayları azaldıqca artıq yığılmış bitcoinlərin qiymətləri qalxacaq.

Terefsiz.az