BVF Ukraynanın borclarını ödəməyə davam edəcəyini gözləyir

0
70

Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynanın dövlət borcuna diqqətlə yanaşdığını və bu tendensiyanın davam edəcəyini gözlədiklərini bildirib.

“Terefsiz.az” xəbər verir ki, bunu ənənəvi brifinqdə BVF-nin nümayəndəsi Cerri Rays deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum müharibənin əvvəlində Ukraynaya 1,4 milyard dollar kredit ayırıb və xüsusi borclanma hüquqlarının bölüşdürülməsi yolu ilə ölkəni dəstəkləyir.

Rays əlavə edib ki, fond Ukraynaya dəstək vermək üçün donorlar üçün öz administrasiyası altında xüsusi hesab yaradıb. Onlar artıq Kanada və Almaniya, Niderland tərəfindən istifadə edilib.

terefsiz.az