” Bədbəxtlikdən ölmür adam ”
Qadın bədbəxtlikdən ölmür.
Kişi bədbəxtlikdən ölmür.
Bədbəxtlik görülmür,
Bədbəxtlik yaşanır.
Bədbəxtlik ən ağır yük…
Amma çiyinlərdə yox,
Ruhlarda daşınır.
Aşınır…
Bağışla kəlimələri.
Aşınır
Təsəlliləri…
Sözü qalmır,
Dözümü qalmır,
Gücü qalmır adamın.
Bir yığın təəssüf,
Bir yığın heyif…
Adama qalan…
Bədbəxtlik, bədbəxtlik!
Bədbəxtlik görülmür,
Bədbəxtlik yaşanır.
Bədbəxtlikdən ölmür,
Ölmür adam!
Bədbəxt – bədbəxt yaşayır,
Yaşayır adam…
Bənövşə Mahmudqızı