Bədii gimnastika üzrə Avropa çempionatını keçirmək hüququ Moskvadan alınaraq Bakıya verilib

0
113

2023-cü ildə Moskvada keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Avropa çempionatı Bakıda baş tutacaq.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Avropa Gimnastika İttifaqının (UEG) mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, yarışlar mayın 17-23-də təşkil olunacaq.

Xatırladaq ki, martın əvvəlində Beynəlxalq Gimnastika Federasiyası (FIG) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarının təşkilatın himayəsi altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.

terefsiz.az