Şimal buzlu okeanı 2050-ci ilə qədər buzsuz qala bilər. Hazırkı riyazi modellər bu mənzərəni proqnozlaşdırırlar. Ekspertlər bunun kifayət qədər konservativ proqnoz olduğunu söyləyir.
Digər təxminlər də var. Belə ki, bəzilərinə görə, ərimə 2025-ci ilə qədər də baş verə bilər. Şübhəsiz ki, söhbət yay aylarından gedir. Mütəxəssislər Şimal buzlu okeanında vəziyyətin çox tez dəyişdiyini əlavə edib: buzlaqlar azalır, dalğalar yüksəlir və fırtınalar daha da güclənir. Bu isə yalnız balıqların həyatına müsbət təsir edəcək. Bütün bu məlumatları okeonoqraf Yevgeni Aksenov verib.
Şimal buzlu okeanın atlantifikasiyası
“Potensial olaraq, Şimal Buzlu Okeanı bioloji fəaliyyətin aktivləşmə mərkəzi və daha inkişaf etmiş bir ekosistemin mərkəzinə çevrilə bilər. İstiləşmə səbəbiylə bakteriyaların, mikroorqanizmlərin, planktonların sayında artım baş verəcək. Bu, okean ərazisinə daha çox heyvan cəlb etməyə başlayacaq. Eyni zamanda, temperaturun dəyişməsi, suyun turşuluğunun azalması Atlantik iqlim dəyişikliyinə gətirəcək, bu isə oranın “kasıblaşması”na səbəb olacaq”, – deyə Aksyonov bildirib.
Tədqiqatçı, “Bəşəriyyətin görmədiyi hadisələr baş verir” dedi.
Hesablamalara görə, 21-ci əsrdə Şimal buzlu okeanda ümumiyyətlə buz qalmayacaq. Lakin bu prosesin tam olaraq hansı tarixə təsadüf edəcəyini demək çətindir. Belə ki, proqnozlaşdırılan tarix 2025-2060-cı illər arasında dəyişir.
istinad:oxu.az