Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.
Terefsiz.az “Report”un Muğan bürosunun məlumatına istinadən bildirir ki, hadisə Qarazəncir kəndində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Cəfərova Günel Şahverən qızı döyülüb. Zərərçəkənə müvafiq tibbi yardım göstərilib.
Qadının dediyinə görə onu tanıdığı şəxslər döyüb.
Faktla bağlı araşdırma aparılır.
istinad:oxu.az