Cənubi Koreyada daşqınlar nəticəsində 14 nəfər ölüb

0
100

Cənubi Koreyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 14 nəfər ölüb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Məlumata görə, paytaxt Seul və ətraf ərazilərdə minlərlə bina su altında qalıb.

Yerli hakimiyyət orqanlarından bildirilib ki, qurbanlardan səkkizi paytaxtda ölüb. Təbii hadisə zamanı həmçnin beş nəfər itkin düşüb.

Fəlakət zonasından 7 200 nəfər təxliyə edilib.

Koreya yarımadasında leysan yağışları həftənin əvvəlindən davam edir.

terefsiz.az