Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan izdiham zamanı azı 153 nəfər ölüb

0
78

Cənubi Koreyanın Seul şəhərində Hellouin bayramı şənliyində yaranan kütləvi izdiham zamanı azı 153 nəfər həyatını itirib.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Ölənlər arasında 97 qadın var.

Oktyabrın 29-da axşam saatlarında kafe və restoranların, gecə klublarının yerləşdiyi ərazidə təxminən 100 min nəfərin iştirak etdiyi Hellouin şənliklərində izdiham yaranıb. Nəticədə 151 nəfər ölüb, 19-u ağır olmaqla 82 nəfər müxtəlif dərəcədə xəsarət alıb. Həyatını itirənlər arasında Çin, Norveç, İran və Özbəkistan, Rusiya vətəndaşları da var. Hadisədə ölənlərin çoxunun 30 yaş civarındakı gənclər olduğu bildirilir.

terefsiz.az