Cəbhə qışqır bağır salıb ki, “hökümət bizi izləyir”. Bəs bilmirdiz?

0
211

Milli şuranın keçən günki onlyan yığıncağı zamanı səsləndirdikləri fikirlərə qarşı cəmiyyətdə bir mənalı olmayan fikirlər hələ də səsləndirilməkdədir. Blogger və jurnalist İsmayıl Cəlilov da bu haqda öz feysbuk hesabında status paylaşaraq, məsələyə biraz ironik, bir az tragikomik yanaşıb.

Terefsiz.az olaraq, müəllfin sözlərini olduğu kimi sizə çatdırırıq:

Utanmaz utanmaz, Sevinc çıxıb deyir ki, İsmail videonu hardan alıb. Ay qız, gördüyümdən 10 saat əvvəl kanal 8 yayıb. Mən də mozalanda görmüşəm, çıxandan 2 saat sonra.

Cəbhə qışqır bağır salıb ki, “hökümət bizi izləyir”. Bəs bilmirdiz? Troləniz Sevinc üçün Vaşinqtonun yarısı ilə görüş təşkil etmişəm hələ bir il əvvəl, telefonuna müdaxilənin olub-olmadığını ekspert səviyyədə yoxlasınlar. “Qovulduğum” Freedom House-a ağız açmışam ki kömək edin. Müxalif jurnalistimizdir. İndi bilmisiz izləndiyinizi? Sevincdən soruşaydız. Mirşahin onun Sultansoyla danışıqlarını yayanda kim düşmüşdü ortalığa, ay vicdansızlar? MƏN. Nə tez yaddan çıxdı? Bir həftə boş vaxtımı sərf edib Sevicin qəhrəman olduğu haqda məqalə yazan, Londonda dərc etdirən kim oldu? Cəmil Həsənli? Ya ingiliscə 2 cümlə yaza bilməyən Gültəkin? Yenə də MƏN. adamı elə yerə çatdırırsız ki, həyatımda etmədiyimi edim. Etdiyim yaxşılığı dilə gətirim. Başına vurum. Burnunuzdan gəlsin! Allaha tapşırıram hamınızı.

Hələ hökümət sizi izlədiyinizi bilə-bilə bu cür danışırsız. Hökümət sizi izləməsə nə edərdiniz? Kimlərin ölümünə çağırardınız? Neçə-neçə adamın ölümünü diləyərdiniz? Hitlerdən başqa kimlərə haq qazandırardınız?

Müdafiə xəttinizə qurban olum elə! Kibercinayət nədir alə? Rafiq Manaflının dedikləri Avropa qanunlarına görə NİFRƏT CİNAYƏTİDİR. Ümid edirəm ki yaxın zamanda Schengen vizasına müraciət etmək kimi planı yox idi.

Qərbdə biabır oldunuz. Dövlət Departamentindən tutmuş qrantverici təşkilatlara qədər getdi məlumat. Mənə İsmail deyərlər.

Güleçka, bu dəfə AZƏRBAYCAN dilində yazıram ki sən öz beynini başqasının özəl həyatından ayırmayasan, yorulmayasan, ingiliscə oxumağa gücənməyəsən. Bu dəfə ana dilində xəbərdarlıq edirəm sənə. Deyəsən, sənin səviyyən və həyat təcrübəsində qadının leksikonunda buna “şüvən” deyirlər. Sənin orator ağzından eşitdiyim sözü sənə qaytarıram.