“Cəlilabad RMX-NIN baş həkimi insanlara müraciət etdi”

0
281

Cəlilabad rayon mərkəzi xəstəxanasının baş həkimi Elnur Azadxanov öz feysbuk səhifəsində insanlara müraciət edib. Müraciətdə deyilir:- “Cəlilabad rayon mərkəzi xəstəxanası xüsusi rejimli COVİD-19 xəstələrinin saxlandığı xəstəxanaya çevrildi. Xəstəxanaya daxil olan xəstələrin vəziyyəti kifayət qədər ağırdır. Hörmətli dostlar gəlin dövlətimizin dediklərinə əməl edək, özümüzü və yaxınlarımızı qoruyaq. Evdə qalıb qaydalara əməl edək.”

Müəllif: Namiq Ağa