Cənubi Koreya 2024-cü ilə qədər hərbi robotların tətbiqinə başlayacaq

0
257

Cənubi Koreya 2024-cü ilə qədər insan, heyvan və həşəratları təqlid edəcək hərbi robotların tətbiqinə başlamağı planlaşdırır.

Terefsiz.az xəbər verir ki, bu barədə ölkənin Silah Alışı Proqramları Agentliyinə istinadən “Younhap” yazıb.

Bildirilir ki, insan və həşəratları təqlid edən robotlardan sonra, cərgəyə quş, ilan və dəniz canlılarını yamsılayacaq robotlarqoşulacaq.

“Biorobotlar gələcək müharibələrdə oyun qaydalarını dəyişəcək, onlarla bağlı olan texnologiyaların isə müdafiə sənayesi sahəsinə böyük dəyişikliklər gətirəcəyi gözlənilir”, – deyə idarənin nümayəndəsi bildirib.

Ehtimal edilir ki, robotlar kəşfiyyat və axtarış-xilasetmə işlərində istifadə olunacaq.

İstinad: Report.az

Terefsiz.az