Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri ilə əlaqədar xəbərdarlıq göndərmək üçün bir fürsət

0
164

KXDR ölkə lideri Kim Çen Inın şəxsi rəhbərliyi altında atılan yeni taktiki idarə olunan raketləri işə salıb.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə çərşənbə günü Yonhap agentliyi Şimali Koreyanın ÇTAK agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, ölkənin qərb hissəsindəki aerodromdan atılan iki taktiki idarə olunan raket paytaxt ərazisi və mərkəzi bölgələr üzərindən uçaraq Şərqdəki adada hədəfi uğurla vurub.

Sınaq nəticələrinə görə, onları müşahidə edən Kim Çen In, raketlərin atılmasının “Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimləri ilə əlaqədar xəbərdarlıq göndərmək üçün bir fürsət” olduğunu söyləyib.

Konqres Trump-ı Türkiyəyə qarşı S-400 üzərindən sanksiya tətbiq etməyə məcbur edə bilər.

Terefsiz.az