Ev DÜNYA C.Ronaldonun döymə etdirməməsinin maraqlı səbəbi – dostunun xəstə oğlu…

C.Ronaldonun döymə etdirməməsinin maraqlı səbəbi – dostunun xəstə oğlu…

0
237

Lionel Messi, Zlatan İbrahimoviç, Neymar, Dani Alveş kimi ulduz futbolçular bədənlərinin müxtəlif hissələrinə etdirdikləri döymələrlə (tato) diqqəti çəkdirir. 

Onlardan fərqli olaraq  C.Ronaldonun bədənin heç bir nöqtəsində döymə yoxdur. Bunun səbəbləri ilə bağlı indiyədək müxtəlif versiyalar səsləndirilib. İngiltərə mətbuatı isə bu günlərdə əsas səbəbi yazıb.
Terefsiz.az xəbər verir ki, Ronaldonun qan donoru olduğu üçün döymə etdirmədiyi iddia olub. Belə ki, portuqaliyalı ulduz tez-tez qan banklarına qan bağışlayır. İlk dəfə 2017-ci ildə iki dəfə qan bağışladığı zaman çəkilən şəkili yayılan Ronaldo keçmiş komanda yoldaşı Karlos Martinsin oğluna da tez-tez ilik verir.
Həmin vaxt bununla bağlı danışan Ronaldo “Martinsin oğlunun vəliyyətinin pis olduğunu bilirdik. Bütün komanda ona yardım etməyə çalışırdı. Bir çox insan ilik verməyin çətin proses olduğunu düşünür, amma ilik vermək qan vermək kimi bir prosesdi” demişdi.
Ronaldonun qan bağışlaya bilmək üçün döymə etdirməməsinə gəlincə, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı bir müddət əvvəl verdiyi açıqlamada, döymə etdirənlərin sayının artması səbəbindən qan bağışlayan şəxslərin sayının ciddi şəkildə azaldığını bildmirmişdi.
Qeyd edək ki, döymə etdirən şəxs infeksiya riski səbəbindən ən azı 12 ay qan verə bilməz.