Cahandar Xanlarovun ” Kaman pıçıltısı ” solo konserti

0
203

Terefsiz.az saytı xəbər verir ki, azərbaycanlı gənc musiqiçi ( Kaman ifaçısı ) Xanlarov Cahandar İslam oğlunun Bakı Beynəlxalq Muğam Mərkəzində ” Kaman pıçıltısı ” adlı konserti 15 Yanvar, saat 19:00-da baş tutacaq.

Belə ki, gənc musiqiçinin konserti tələbəsi olduğu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universiteti, həmçinin, Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Leopold və Mstislav Rostropoviç adına 21 nömrəli 11 illik musiqi məktəbini bitirmişdir. Gənc musiqiçinin ilk müəllimi, ona kamançanı sevdirən ifa etməyi öyrədən, üzərində çox böyük əziyyəti olan Aidə Rəfiyevadır.

Hazırda Xanlarov Cahandar İslam oğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin 2-ci kurs magistr tələbəsidir. O,  Respublika və Beynəlxalq müsabiqələr laureatı, eləcə də Prezident təqaüdçüsüdür.

Konserti baş tutacaq gənc musiqiçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetindəki müəllimi Professor əməkdar artist Mirnazim Əsədullayevdir.

Terefsiz.az