“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov vəzifəsindən kənarlaşdırılıb.
“Terefsiz.az” “Qaynarinfo”ya xəbər verir ki, hazırda AZAL-da yoxlamalar aparılır və təhvil-təslim prosesi gedir.
Hazırda AZAL-a rəhbərlik QSC-nin birinci vitse-prezidenti Samir Rzayevə tapşırılıb. Yaxın vaxtlarda Cahangir Əsgərovun vəzifəsindən azad olunması ilə sərəncamın yayılacağı gözlənilir.
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova bu barədə məlumatının olmadığını bildirib.