“Milan” komandada qalıb-qalmayacağı müzakirə olunan Hakan Çalhanoğlu ilə bağlı qərar verib.
Terefsiz.az-ın İtaliya mətbuatına istinadən yaydığı məulmata görə, klub mövsümün sonunda 25 yaşlı yarımmüdafiəçini satmaq niyyətindədir. “Qırmızı-qaralar” türkiyəli futbolçunun satışından ən az 20 milyon avro gəlir əldə etməyi düşünür.
Qeyd edək ki, Çalhanoğlu 2017-ci ildən “Milan”ın formasını geyinir.