Çavuşoğlu: “Bütün dövlət orqanları xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır”

0
76

Türkiyə dövlətinin bütün bölmələri İstanbuldakı xain hücumu törədənlərin üzə çıxarılması üçün səylə çalışır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tviter hesabında yazıb.

“İstiqlal küçəsində törədilən bombalı hücumda həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm. Başımız sağ olsun.

Dövlətimizin bütün bölmələri (təhlükəsizlik orqanları – red) bu xain hücumu törədənlərin üzə çıxarılması istiqamətində səylə çalışır”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 81-ə çatıb.

terefsiz.az