Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb

0
81

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin püşkü atılıb.

Tədbir UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutub.

Püşkatma nəticəsində bu raundun cütləri müəyyənləşib.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə “kor püşk” olub. Bundan əlavə, yarımfinal və final mərhələsinin də püşkü atılıb.

Çempionlar Liqası
1/4 final

“Real Madrid” (İspaniya) – “Çelsi” (İngiltərə)
“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya)
“Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
“Milan” (İtaliya) – “Napoli” (İtaliya)

Yarımfinal

1. “İnter” – “Benfika” / “Milan” – “Napoli”
2. “Real Madrid” – “Çelsi” / “Mançester Siti” – “Bavariya”

Final

1-ci cütün qalibi – 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-12-də, cavab görüşləri 18-19-da keçiriləcək. Yarımfinal qarşılaşmaları 9-10 və 16-17 may tarixlərində oynanılacaq. Çempionlar Liqasının finalı isə iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

terefsiz.az