Çempionlar Liqası: Daha iki komanda 1/4 finala yüksəlib

0
69

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

“Terefsiz.az”ın məlumatına görə, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin ən maraq doğuran matçı Almaniyada baş tutub. Fransadakı ilk görüşdə PSJ-yə qalib gələn “Bavariya” bu dəfə rəqibini Münhendə 2:0 hesabı ilə məğlub edib və 1/4 finala yùksəlib.

Digər görüşdə isə İtaliya “Milan”ı İngiltərədə “Tottenhem”lə münasibətlərinə aydınlıq gətirib. Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanan “rossonyerlər” səfərdə qolsuz heç-heçəyə nail olaraq, adını növbəti mərhələyə yazdırıb.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart

00:00. “Bavariya” (Almaniya) – PSJ (Fransa) – 2:0
Qollar: Erik Çupo-Motinq, 61. Serj Qnabri, 89
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:0
“Münhen Futbol Arenası”.

00:00. “Tottenhem” (İngiltərə) – “Milan” (İtaliya) – 0:0
Baş hakim: Klemen Türpin (Fransa)
Qırmızı vərəqə: Kristia. Romero, 77 (“Tottenhem”)
İlk oyun – 0:1
London, “Tottenhem Hotspur” stadionu.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın “Benfika” və İngiltərənin “Çelsi” komandaları 1/4 finala adlayıblar.

terefsiz.az