Çempionlar Liqası: Finalın ən yaxşısı
Çempionlar Liqasında 2018/2019 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu müəyyənləşib.
Terefsiz.az saytı xəbər verir ki, bu ada “Liverpul”un müdafiəçisi Vircil van Deyk layiq görülüb. Hollandiyalı futbolçu azarkeşlər arasında keçirilən səsvermə nəticəsində ən yaxşı seçilib.
Qeyd edək ki, “Liverpul” finalda İngiltərənin digər təmsilçisi “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək, 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.
Terefsiz.az