Çempionlar Liqası: “Liverpul” 4 cavabsız qolla finalda
Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Terefsiz.az saytı xəbər verir ki, əfsanəvi “Enfild Roud” arenasında “Liverpul” “Barselona”nı qəbul edib.
İlk oyunda 3-0 hesabı ilə qələbə çalan “Barselona” məsələni demək olar ki həll etmişdi. Katoloniyalıların səfərdə vuracağı bir qol “Liverpul”un onsuz da asan olmayan tapşırığını daha da müşkülə çevirəcəkdi. İlk görüşdə qapıya 5 zərbəsindən 3-ü qolla nəticələnən “Barsa”dan səfərdə də qələbə gözləyənlərin sayı az deyildi. Amma 4 cavabsız qolla qalib gələn “Liverpul” finala yüksəlib.
7 may
Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
“Liverpul” (İngiltərə) – “Barselona” (İspaniya) 4:0
Qollar: Divok Origi, 7 (1:0), Corcinyo Veynaldum, 54 (2:0), 56 (3:0), Divok Origi, 79 (4:0).
İlk oyun – 0:3
Terefsiz.az