UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Terefsiz.az saytı xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
“Krasnodar” Rusiyada Yunanıstan “Olimpiakos”una 1:2 hesabı ilə uduzub. İlk matçda da 4:0 hesabı ilə qalib gələn “Olimpiakos” qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.
Qalan iki oyun eynihesablı heç-heçələrlə yekunlaşıb. Lakin bunların birində Serbiya “Srvena Zvezda”sı İsveçrədə “Yanq Boyz”a daha çox top vurduğu, Xorvatiya “Dinamo”su (Zaqreb) isə evdə Norveç “Rusenborq”unu yendiyi üçün ÇL-in qrupuna düşüb.
“Krasnodar”, “Yanq Boyz” və “Rusenborq” mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.
Çempionlar Liqası
Pley-off mərhələsi
Cavab oyunları
23:00. “Krasnodar” (Rusiya) – “Olimpiakos” (Yunanıstan) – 1:2
Qollar: Daniil Utkin, 10 – Yussef əl-Ərəbi, 11; 48
İlk oyun – 0:4
23:00. “Srvena Zvezda” (Serbiya) – “Yanq Boyz” (İvseçrə) – 1:1
Qollar: Aleksa Vukanoviç, 59 – Əl-Fərdi ibn Nabuhan, 82 (öz qapısına)
İlk oyun – 2:2
23:00. “Rusenborq” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 1:1
Qollar: David Akintola, 11 – Amer Qoyak, 71
İlk oyun – 0:2
Terefsiz.az