Çempionlar Liqası: “Qarabağ” Çexiya klubu ilə heç-heçə edib – VİDEO

0
84

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Azərbaycan çempionu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüşün baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olub. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.

Xatırladaq ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

terefsiz.az